Zelenskinin etdiyi hədsizlikdir, biabırçılıqdır - ABŞ-ın vitse-prezidenti

Feb 20, 2025 - 11:10
 0  66
Zelenskinin etdiyi hədsizlikdir, biabırçılıqdır - ABŞ-ın vitse-prezidenti

Volodimir Zelenskinin Donald Trampa qarşı hücumları arzulananın əksini yaradacaq.

Xeber.ge xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib.

“O, indi ölkəsinin ümumiyyətlə mövcud olmasının yeganə səbəbinə açıq şəkildə hücum edir və bu, hədsizlikdir. Bu, biabırçılıqdır. Bunlar Amerika Birləşmiş Ştatlarının prezidentini yerindən tərpətməyəcək. Əvəzində bunun əks təsiri olacaq.

Onun sözlərinə görə, Zelenski çox pis tövsiyələr alır:

"Bu tövsiyələri kimdən aldığını da bilmirəm. Zelenski bilməlidir ki, artıq ABŞ-ın keçmiş prezidenti Co Bayden və Bayden administrasiyası ilə yox, Donald Tramp və Tramp administrasiyası ilə iş görür”.

mənbə: publika.az