Zaxarova Zurabişviliyə öyüd verdi: Buna inanmaq axmaqlıqdır
Gürcüstan Avropa İttifaqının bunu qəbul edə biləcəyinə ümid etməməlidir.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında respublika prezidenti Salome Zurabişvilinin ölkəsinin “Avropa gələcəyini heç kim onun əlindən ala bilməz" bəyanatını şərh edərkən deyib.
O bildirib ki, bu gələcəyi Amerika Birləşmiş Ştatları Avropa İttifaqından alıb, onun iqtisadiyyatını çökdürüb və biznes liderlərini şirnikləndirib, eləcə də miqrantlara yol açıb”.
Zaxarovanın sözlərinə görə, “Aİ-nin başqasına “Avropa gələcəyi” bəxş edə biləcəyinə inanmaq axmaqlıqdır”.
Diplomat həmçinin vurğulayıb ki, hər bir ölkənin xalqı “özünü düşündüyü” müddətcə, gələcəyi var. O, respublika prezidentinə sual ünvanlayıb: "Niyə Gürcüstanın gələcəyi Avropadan daha pisdir?
Qeyd edək ki, ötən həftənin sonunda Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası bülletenlərin 99,6%-ni emal etdikdən sonra hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının səslərin əksəriyyətini - 54,2%-ni topladığını açıqlayıb.
Öz növbəsində respublikanın hazırkı rəhbəri Salome Zurabişvili seçkinin nəticələrini tanımadığını bəyan edib və Tbilisinin mərkəzində etiraz aksiyaları keçirməyə çağırıb.
mənbə: publika