Tbilisi Moskva ilə diplomatik münasibətləri bərpa edir?
Gürcüstan Rusiya Federasiyası ilə diplomatik münasibətləri bərpa etməyi planlaşdırmır.
Bunu ölkənin baş naziri İrakli Kobaxidze bildirib və hazırda Tbilisi ilə Moskva arasında heç bir diplomatik əlaqənin olmadığını vurğulayıb.
Siyasətçinin sözlərinə görə, Gürcüstan Rusiya tərəfindən ölkənin milli maraqlarının pozulmasına işarə edərək, münasibətlərin bərpasına tələsmək niyyətində deyil.
“Bağışlayın. Yox, yox, yox. Bununla bağlı heç bir plan yoxdur”, - Kobaxidze “NEWS.ru”ya müsahibəsində bildirib.
mənbə: publika