Yəmən ordusu daha bir ABŞ PUA-sını məhv etdi – VİDEO
Yəmən ordusu ABŞ-a məxsus daha bir kəşfiyyat-zərbə PUA-sını vuraraq məhv edib.
Xeber.ge xəbər verir ki,
“MQ-9 Reaper” pilotsuz uçuş aparatı Ymənin əl-Bəyda əyalətində aşkar edilərək zərərsizləşdirilib.
Bununla da, Yəmən ordusunun 2023-cü il 7 otkyabrdan bəri məhv etdiyi “MQ-9 Reaper”lərin sayı 13-ə çatıb.
Xatırladaq ki, bir neçə gün öncə də Yəmən ordusu ABŞ hərbi gəmisinə 8 raket və 17 PUA ilə zərbələr endirib, həmçinin F-18 qırıcısını da vuraraq məhv edib.
Qeyd edək ki, adıçəkilən ABŞ PUA-sının 1 ədədinin qiyməti təxminən 30-32 milyon dollardır.
mənbə: az.shafaqna.com