Yeni tədris ilindən özəl məktəblər də yeni dərsliklərə keçir: Kitablar pullu olacaq

Aug 17, 2026 - 22:17
 0  18
Yeni tədris ilindən özəl məktəblər də yeni dərsliklərə keçir: Kitablar pullu olacaq

Yeni tədris ilindən etibarən Elm, Təhsil və Gənclər Nazirliyi tərəfindən çap olunmuş yeni dərsliklərdən istifadə etmək dövlət məktəbləri ilə yanaşı, özəl məktəblərin də öhdəliyi olacaq. Lakin dövlət məktəblərindən fərqli olaraq, Nazirlik tərəfindən çap edilən bu kitabları özəl məktəb şagirdləri satın almalıdırlar.

XEBER.GE xeber  verir ki, dərsliklərin satış məntəqələri hələ ki müəyyən edilməyib, lakin bu prosesi kimin və hansı prinsiplə həyata keçirəcəyi artıq bəllidir.

Təsdiqlənmiş qaydaya əsasən, dərsliklərin satışı "Təhsil Resursları" MMC tərəfindən müəyyən edilmiş fiziki məkan (və ya məkanlar) — satış məntəqələri vasitəsilə, yaxud da "Təhsil Resursları" MMC-nin idarə etdiyi veb-saytdan ənənəvi/onlayn satış yolu ilə həyata keçiriləcək.

Birinci halda dərsliklərin satışı nağdsız ödəniş forması ilə aparılır. Bunun üçün hər bir satış məntəqəsində azı bir ədəd bank ödəniş terminalının yerləşdirilməsi tələb olunur.

Bank ödəniş terminalı olmadıqda və ya texniki nasazlıq yarandıqda isə dərsliklərin dəyəri bank köçürməsi yolu ilə ödənilə bilər. Bunun üçün məbləğ "Təhsil Resursları" MMC-nin müvafiq xəzinə koduna köçürülməli və ödəniş tapşırığı müvafiq satış məntəqəsinə təqdim edilməlidir.