Yaponiyadan maşın gətirmək adı ilə vətəndaşların pullarını mənimsəyən şəxs saxlanılıb

Jun 18, 2026 - 15:39
 0  5
Yaponiyadan maşın gətirmək adı ilə vətəndaşların pullarını mənimsəyən şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Rustavi Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

XEBER.GE xəbər verir ki, nazirliyin yaydığı rəsmi bəyanatda hadisənin təfərrüatları açıqlanıb.

 İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs müfəssəl plan əsasında müxtəlif vaxtlarda vətəndaşlara Yaponiyadan avtomobil idxal edib gətirəcəyinə dair yalan vədlər verib.

O, bu xidmətin qarşılığında zərəəkmişlərdən ümumilikdə 4 900 ABŞ dolları və 42 110 lari nağd pul alıb.

Şübhəli şəxs aldığı külli miqdarda vəsaiti tamamilə qanunsuz yollarla öz şəxsi mənafeyi üçün mənimsəyib və vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) maddəsi ilə araşdırma aparılır. Bu maddə qanunvericilikdə cəza növü olaraq 9 ilədək müddətə azadlıqdan məhrumetmə məsuliyyətini nəzərdə tutur.