Xobisckali çayında faciə: 7 yaşlı uşaq və onu xilas etmək istəyən anası batıb
Xobisckali çayında ana və uşaq batıb — "Pirvelebi"nin məlumatına görə, Qariata kəndində axın azyaşlını aparıb, ana 7 yaşlı övladını xilas etmək üçün çaya girib, lakin axın onu da aparıb.
XEBER.GE xəbər verir ki, məktəblinin cəsədini yerli sakinlər tapıblar. Xobisckali çayında ananın axtarış-xilasetmə işləri hazırda da davam edir.
Hadisə yerində polis və Fövqəladə Halların İdarə Olunması Xidmətinin nümayəndələri var. Təcili tibbi yardım briqadası da cəlb olunub.