XİN başçısı: Gürcüstan bölgədə sülhün tərəfdarı olaraq qalır

Oct 14, 2025 - 20:47
 0  15
XİN başçısı: Gürcüstan bölgədə sülhün tərəfdarı olaraq qalır

"ATƏT sədri ilə keçirdiyim görüşdə Cənubi Qafqaz bölgəsində hazırkı vəziyyət də müzakirə olunub".

Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə keçirdiyi birgə brifinqdə deyib.

Nazirin sözlərinə görə, Gürcüstan hər zaman olduğu kimi regionda sülh və sabitliyin tərəfdarı olaraq qalır.

Nazir Gürcüstanın ATƏT-lə əməkdaşlığa önəm verdiyini, təşkilatın müstəqil institutları çərçivəsində fəaliyyəti davam etdirməyə hazır olduğunu bildirib.

mənbə: apa.az