Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanun sərtləşdirilib

Jul 2, 2025 - 19:27
Jul 2, 2025 - 19:28
 0  30
Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanun sərtləşdirilib

Bugün, 2 iyul tarixində "Gürcü Arzusu" partiyası "Xarici ölkə və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" qanuna dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib.


Dəyişikliklərə əsasən, ölkədə qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyinə xarici vətəndaşların yaşayış və iş yerlərini yoxlamaq, eləcə də digər xüsusi mülkiyyətə daxil olmaq hüququ veriləcək.

Yeni qanuna əlavə olunan əsas maddələr belədir:

Qanuni əsas olmadan Gürcüstanda olan xarici vətəndaşı aşkar etmək, yaşayış yerini yoxlamaq və ya onun səyahət sənədini tapmaq məqsədilə Daxili İşlər Nazirliyinin səlahiyyətli orqanı, rayon və ya şəhər məhkəməsinin hakiminin əmri ilə xarici vətəndaşın yaşayış və ya iş yerini yoxlaya, həmçinin digər xüsusi mülkiyyətə daxil ola bilər.

Ancaq əgər mülkiyyət sahibi, həmtəsisçi və ya iş yerindəki işəgötürən razılıq verərsə, məhkəmə qərarı olmadan da yoxlama aparmaq mümkündür.

Təcili zərurət yarandığı hallarda və gecikmə xarici vətəndaşın gizlənməsi, səyahət sənədinin məhv edilməsi və ya gizlədilməsinə səbəb ola biləcəyi halda, Daxili İşlər Nazirliyinin səlahiyyətli orqanı dərhal yoxlamaya başlaya və 24 saat ərzində məhkəməyə müraciət edə bilər. Müraciətdə yoxlamanın təcili olma səbəbləri əsaslandırılmalıdır.

Yoxlama zamanı Daxili İşlər Nazirliyinin nümayəndəsi şəxsi soruşmaq, şəxsiyyəti təsdiq etmək, səthi yoxlama və baxış keçirmək hüququna malikdir.

İş yerində yoxlama aparılarkən, nazirlik işəgötürəndən xarici vətəndaşın ölkədə qanuni işlədiyini təsdiqləyən sənədi tələb edə bilər.

mənbə: marneulifm