Boçorişvilinin müavini İrana həmrəylik və başsağlığı ifadə etdi – İran səfirliyi

İranın Gürcüstandakı səfirliyinin məlumatına görə, "Gürcü Arzusu" hökumətinin nümayəndəsi İsrail rejimi tərəfindən İranın ərazi bütövlüyünə qarşı həyata keçirilmiş silahlı hücum zamanı həlak olanlarla bağlı başsağlığı verib və İrana həmrəylik ifadə edib.
Söhbət "Gürcü Arzusu"nun xarici işlər nazirinin müavini Aleksandre Qvtsiaşvilidən gedir.
İran səfirliyinin bildirdiyinə görə, Qvtsiaşvili səfirlikdə açılmış başsağlığı kitabında qeyd yazıb.
“2024-cü il iyunun 30-da və iyulun 1-də, bazar və bazar ertəsi günləri, Tbilisidə İran İslam Respublikası səfirliyində İranın ərazi bütövlüyünə qarşı İsrail rejimi tərəfindən həyata keçirilmiş silahlı hücum zamanı şəhid olanların xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Qvtsiaşvili, eləcə də Tbilisidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri — o cümlədən Türkmənistan və Qazaxıstan səfirləri, İraqın işlər vəkili, Çin hərbi attaşesi, dini icmaların nümayəndələri (Gürcüstan Müsəlmanları İdarəsinin sədri daxil olmaqla), İran diasporasının üzvləri və gürcü iranşünaslar iştirak ediblər.
Onlar səfirlikdə açılmış başsağlığı kitabında qeydlər edərək İrana həmrəyliklərini və başsağlıqlarını ifadə ediblər. Bu çətin dövrdə göstərdikləri dəstəyə və həmrəyliyə görə dostlarımıza və tərəfdaşlarımıza dərin minnətdarlığımızı bildiririk,” – deyə İran səfirliyinin bəyanatında qeyd olunur.
mənbə: marneulifm