Batumidə terminal fırıldaqçıları saxlanılıb
Gürcüstanın Batumi şəhərində terminal vasitəsilə irimiqyaslı dələduzluq edən şəxslər ifşa olunub.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Batumi şəhərindəki sürətli ödəniş terminallarına real pul əvəzinə saxta əskinaslar daxil ediblər.
Terminallar həmin kağızları real pul kimi qəbul etdiyi üçün fırıldaqçıların göstərdiyi müxtəlif hesabları ümumilikdə 8000 lariyə yaxın vəsait köçürülüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxslər məbləğin daha bir hissəsini hesablara köçürməyə cəhd etsələr də, polis müdaxiləsi nəticəsində buna nail ola bilməyiblr.
Əməliyyat zamanı aşağıdakı şəxslər yaxalanıb:
- 1998-ci il təvəllüdlü G.A.;
- Əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü G.G.;
- 1984-cü il təvəllüdlü C.Ş.
Polis tərəfindən həm şübhəlilərin üzərinə, həm də avtomobillərinə baxış keçirilən zaman xeyli sayda saxta əskinas maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (Dələduzluq) və 19-180-ci (Dələduzluğa cəhd) maddələri ilə cinayət işi başlanılıb.
Bu maddələr üzrə təqsiri sübuta yetiriləcəyi təqdirdə, saxlanılan şəxsləri 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.