Tsulukianinin komissiyasına getmədiyinə görə Xazaradzeyə qarşı ittiham irəli sürülür
Bu gün, 1 aprel, Prokurorluq "Lelo" partiyasının qurucusu və "Güclü Gürcüstan" koalisiyasının liderlərindən biri olan Mamuka Xazaradzeyə ittiham irəli sürməyi planlaşdırır. Bu barədə "Lelo"nun baş katibi İrakli Kupradze məlumat verib.
"İvanişvili əsas siyasi rəqiblərinə təzyiq göstərməyə davam edir! Saat 13:00-da Mamuka Xazaradze dindirilmə protokolu ilə tanış olmaq və imzalamaq üçün məhkəməyə çağırılıb. Saat 14:00-da isə İvanişvilinin Prokurorluğunda – ittihamın irəli sürülməsi üçün olacaq. Hər iki yerdə olacağıq! Geri addım atmayacağıq!" – deyə İrakli Kupradze bildirib.
Mamuka Xazaradzeyə Gürcü Arzusu Partiyasının parlamentdə yaratdığı Tea Tsulukianinin istintaq komissiyasının tələbi əsasında cinayət işi açılıb.
O, Tsulukianinin komissiyasında iştirakdan imtina edib. Gürcüstan Cinayət Məcəlləsinə görə bu, cərimə və ya 1 il həbs cəzası ilə cəzalandırıla bilər.
Xazaradzeylə yanaşı, komissiyaya gəlməyən digər şəxslər də var, o cümlədən İrakli Okruaşvili, Badri Caparidze, Qoka Qabashvili, Qiorqi Kandelaki, Qiorqi Tarqamadze və başqaları.
mənbə: marneulifm