Telavidə faciə: 6 yaşlı uşaq düşərgə ərazisində həyatını itirdi

Kaxeti bölgəsində yerləşən “Mzianeti” düşərgəsinin ərazisində baş verən bədbəxt hadisə nəticəsində 6 yaşlı uşaq həlak olub.
Hadisə bir neçə gün əvvəl Telavi bələdiyyəsinin Buşeti kəndində baş verib.
Yerli sakinlərin sözlərinə görə, uşaq düşərgənin ərazisindəki fəvvarədə olub və orada olan bir kişi onu görsə də, xilas etmək mümkün olmayıb.
Məlumata görə, uşaq Rusiya Federasiyası vətəndaşıdır və anaları ilə birlikdə Gürcüstanda olub. Hadisə baş verən vaxt kompleksdə bir neçə ölkədən gəlmiş pedaqoqların konfransı keçirilirdi.
Mərhumun nəşi yaxın günlərdə öz ölkəsinə göndəriləcək. Faktla bağlı istintaq aparılır.
mənbə: interpress