Telavidə oğul anasını bıçaqladığına görə saxlanılıb
Telavidə oğul anasını bıçaqlayıb. Qadına soyuq silahla xəsarət yetirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisəni törədən şəxs hadisə yerindən qaçsa da, polis onu artıq saxlayıb.
Oğul ailə üzvünü ağırlaşdırıcı hallarda qəsdən öldürməyə cəhddə ittiham olunur.
XEBER.GE xeber verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Telavidə yaranan mübahisə zəminində soyuq silahdan istifadə edərək anasını yaralayıb və hadisə yerindən qaçıb. Yaralı qadın tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.
Cinayətin törədilməsində istifadə olunan silah maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima və 19-109-cu maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.