Tehrandan Vaşinqtona xəbərdarlıq: 2 trilyon dollarlıq infrastruktur hədəfdə
İran ABŞ-ın ölkəyə növbəti hücumu olacağı təqdirdə, regiondakı Amerika texnoloji infrastrukturunun hədəfə çevrilə biləcəyini açıqlayıb.
XEBER.GE xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi deyib.
Onun sözlərinə görə, regionda yerləşən ABŞ-a məxsus sualtı kabellər, məlumat mərkəzləri və süni intellekt infrastrukturu da daxil olmaqla texnoloji obyektlərin ümumi dəyəri 2 trilyon dollardan çoxdur.
Rzayi bildirib ki, sözügedən obyektlər hazırda hədəf siyahısına daxil edilməyib. Lakin onun sözlərinə görə, hərbi qarşıdurmanın yenidən başlaması halında Tehran daha genişmiqyaslı tədbirlər görə bilər.
İran rəsmisi əlavə hərbi qüvvələrin yerləşdirilməsinə hazır olduqlarını da qeyd edib. O vurğulayıb ki, münaqişənin nəticəsi İranın müqavimətindən asılı olacaq.
mənbə: publikaaz