Tbilisidə 42 mindən çox şəxs pulsuz yeməklə təmin olunur

Tbilisidə hazırda 64 pulsuz yeməkxana fəaliyyət göstərir və bu xidmətlərdən ümumilikdə 42 185 nəfər faydalanır. Bu barədə məlumatı Tbilisi meri "BusinessPressNews"-a təqdim edib.
Məlumatda bildirilir ki, bir nəfərin gündəlik porsiyası üçün 1.70 lari ayrılır.
Tbilisinin müxtəlif rayonlarında pulsuz yeməkxanaların sayı və onlardan faydalanan şəxslərin bölgüsü aşağıdakı kimidir:
- İsani rayonu – 7 yeməkxana, 5 080 benefisiar
- Vake rayonu – 3 yeməkxana, 1 600 benefisiar
- Didube rayonu– 4 yeməkxana, 2 200 benefisiar
- Çuğureti rayonu – 6 yeməkxana, 3 600 benefisiar
- Samqori rayonu – 11 yeməkxana, 7 530 benefisiar
- Saburtalo rayonu – 5 yeməkxana, 1 760 benefisiar
- Qldani rayonu – 9 yeməkxana, 6 625 benefisiar
- Mtatsminda rayonu – 4 yeməkxana, 1 846 benefisiar
- Nadzaladevi rayonu – 10 yeməkxana, 8 053 benefisiar
- Krtsanisi rayonu – 5 yeməkxana, 3 891 benefisiar
Meriya bildirir ki, bir çox rayonlarda son illərdə benefisiarların sayında artım qeydə alınmayıb.
Qeyd edək ki, 2021-ci ildə bir porsiya yeməyin dəyəri 1.25–1.30 lari arasında dəyişirdi. Beləliklə, son 4 ildə porsiya başına xərclər cəmi 40–45 tetri artıb.
mənbə: marneulifm