Tbilisidə qarşıdurma

Nov 3, 2025 - 15:23
 0  34

Xeber.ge xəbər verir ki, facebook səhifəsi “Chemi Kalaki Mklavs” tərəfindən yayılan videomaterialda görünür ki, xarici vətəndaş əvvəlcə gənc kişiyə hücum edir, daha sonra isə aqressiv qışqırıqlarla Marjanishvili küçəsində qaçır.

Videoda həmin şəxsin taksi nişanını qoparıb sındırdığı da əks olunur. Hadisə yerində polis əməkdaşları da görsənir, lakin şəxsin saxlanılıb-saxlanılmadığı hələlik məlum deyil.

Görünən odur ki, kişi yoldan keçənlərə xarici dildə təhqiramiz ifadələr səsləndirirdi.