Tbilisidə 76 yaşlı müəllimi ittiham edən şagirdə məktəb müəllimlərindən etiraz: “Ona inanmırıq”
Tbilisidə şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunaraq saxlanılan fizika müəlliminin çalışdığı məktəbdə müəllimlərin bir qismi danışmaq istəmir.
XEBER.GE xeber verir ki, digər müəllimlər isə bu gün məktəbə gələn “TVPirveli” telekanalının çəkiliş qrupuna bildiriblər ki, tədris işləri üzrə müdir müavinini ağır cinayətdə ittiham edən VIII sinif şagirdi yalan danışır.
“Bütün bunlar yalandır. Bu qıza inanmıram. Video görüntülərə baxmısınız? Yaxşı da, hər şeyə əl atırlar”, – deyə müəllimlərdən biri “TVPirveli”yə bildirib.
Hazırda VIII sinif şagirdinin məktəbdə təhsilini davam etdirib-etdirmədiyi məlum deyil. Məktəb rəhbərliyi bu məsələ ilə bağlı danışmır və “TVPirveli”nin suallarını cavablandırmır.
VIII sinif şagirdi müəllimini əxlaqsız hərəkətlərdə ittiham edir. Ağır ittihamla 76 yaşlı müəllim saxlanılıb. Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.
76 yaşlı fizika müəllimi Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətləri nəzərdə tutan 141-ci maddəsi ilə saxlanılıb.