Tbilisi metrosunda bədbəxt hadisə: "İsani" stansiyasında sərnişin relslərin üzərinə düşüb
Tbilisi metrosunun birinci xəttində sərnişinin ehtiyatsızlıqdan relslərin üzərinə düşməsi nəticəsində qatarların hərəkətində fasilə yaranıb.
Xeber.ge xeber verir ki,
Tbilisi Meriyasının Nəqliyyat Şirkətindən verilən rəsmi məlumata görə, xoşbəxtlikdən sərnişin sağ qalıb. Bildirilib ki, hadisə zamanı platformaya daxil olan qatar vətəndaşa toxunmayıb.
Vətəndaşı relslərin arasından təhlükəsiz şəkildə çıxarmaq üçün xəttə verilən yüksək gərginlikli elektrik enerjisi dərhal kəsilib. Xilasetmə əməliyyatı tamamlandıqdan və şəxs təhlükəsiz zonaya çıxarıldıqdan sonra gərginlik yenidən bərpa olunub.
Hadisə səbəbindən metronun birinci xəttində qatarların hərəkəti bir neçə dəqiqə ərzində dayandırılsa da, hazırda metropolitenin fəaliyyəti tam bərpa edilib və qatarlar normal qrafiklə hərəkət edir.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.