Soğanlıq qəsəbəsində faciə: Yeniyetməni elektrik cərəyanı vuraraq öldürdü

Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində 14 yaşlı yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb.
Məlumata görə, hadisə yeniyetmələr evdə oynayarkən baş verib. Onlardan birini elektrik cərəyanı vurub – soyuducudan çıxan naqil ona toxunub və faciə ilə nəticələnib.
Daxili İşlər Nazirliyinin, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq aparılır. Bu maddə şəxsi intihara çatdırma ilə bağlı halları nəzərdə tutur.
mənbə: interpress