SOCAR Georgia tələbələrə müraciət etdi

Aug 20, 2025 - 18:54
Aug 20, 2025 - 18:54
 0  24
SOCAR Georgia tələbələrə müraciət etdi

SOCAR Georgia tələbələri 2024-2025-ci tədris ilinin ikinci semestr təhsil haqqı ödənişləri ilə bağlı müraciətə çağırıb.

Yaydığı məlumata görə, müraciətlərin qəbulu 1–10 sentyabr tarixlərində aparılacaq.

Təhsil haqqı ödənişi almaq istəyən tələbələr bu müddət ərzində yalnız myscholarship.ge elektron portalı vasitəsilə müraciət etməlidirlər. Bildirilib ki, göstərilən tarixlərdə müraciət etməyən tələbələrin təhsil haqqı ödənilməyəcək.

SOCAR Georgia tələbələrə vaxtında müraciət etməyi xatırladaraq, qeyd olunan müddəti qaçırmamağa çağırıb.

mənbə: interpress