Siqnaqida avtomobil 4 piyadanı vurdu, 1 nəfər həlak oldu
Siqnaqida avtomobil 4 piyadanı vurub, nəticədə 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
XEBER.GE xeber verir ki, məlumatı "Tabula"ya Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
DİN-dən "Tabula"ya verilən məlumata görə, avtomobilin sürücüsü saxlanılıb. Onu 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.