Siğnağidə bir nəfər ov tüfəngi ilə vurulub
Gürcüstanın Kaxeti bölgəsində, Siğnaği bələdiyyəsində qanlı hesablaşma baş verib.
Xeber.ge xəbər verir ki,
DİN-in Kaxeti Polisi Departamentinin Siğnaği Rayon İdarəsinin əməkdaşları tərəfindən bir neçə gün davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində, sağlamlığa qəsdən ağır zərər vurmaqda ittiham olunan 1990-cu il təvəllüdlü G.M. saxlanılıb.
Yaralı şəxs xəstəxanaya yerləşdirilib, ona zəruri tibbi yardım göstərilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (sağlamlığa qəsdən ağır zərər vurma) ilə istintaq aparılır. Saxlanılan şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.