İtaliyada Gürcüstan vətəndaşı qarət zamanı yaxalanıb

Feb 8, 2026 - 12:06
 0  20
İtaliyada Gürcüstan vətəndaşı qarət zamanı yaxalanıb

İtaliyanın Frozinone şəhərində fərdi yaşayış evini qarət etməyə cəhd göstərən 45 yaşlı Gürcüstan vətəndaşı hüquq-mühafizə organları tərəfindən yaxalanıb.

Xeber.ge xeber  verir ki, Gürcüstan vətəndaşı digər bir şəxslə birlikdə qarət etdikləri əşyalarla evi tərk etmək istəyərkən asayiş keşikçilərinin diqqətini çəkib.

Polisi görən şəxslər hadisə yerindən qaçmağa cəhd göstəriblər. Lakin onlardan biri karabinerlər tərəfindən elektroşok tətbiq edilərək saxlanılıb.

Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman oğurlanmış qızıl zinət əşyaları, qol saatları, planşetlər, kolleksiya sikkələri və digər qiymətli əşyalar aşkar edilərək götürülüb. Maddi sübutlar artıq sahibinə qaytarılıb.