Gürcüstan Prokurorluğu şəxsi həyatın gizliliyini pozan şəxsə qarşı ittiham irəli sürüb

Feb 8, 2026 - 14:39
 0  32
Gürcüstan Prokurorluğu şəxsi həyatın gizliliyini pozan şəxsə qarşı ittiham irəli sürüb

Gürcüstan Baş Prokurorluğu şəxsi həyatın gizliliyini qanunsuz yolla əldə etmə, saxlama və istifadə, habelə cinsi xarakterli məcburemə və kompüter sisteminə icazəsiz daxil olma faktları üzrə bir nəfərə qarşı ittiham irəli sürüb.

Xeber.ge xeber  verir ki, prokurorluq tərəfindən yayılan bəyanatda bildirilir ki, törədilmiş cinayət əməllərinə görə təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.