Sameqreloda 51 bağlama “metadon” müsadirə edilib - Daxili İşlər Nazirliyi bir nəfəri həbs edib

Apr 15, 2025 - 12:28
 0  10

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sameqreloda 1995-ci il təvəllüdlü D.Q. qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək və saxlamaq ittihamı ilə həbs edilib.

Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik maddə ilə məşğul olmaqda ittiham olunaraq həbs edilmiş şəxsin şəxsi və yaşayış evinə baxış keçirərkən xüsusilə külli miqdarda 51 bağlama “Metadon” narkotik vasitə ələ keçiriblər.

Aparılan istintaq hərəkətləri nəticəsində polis tərəfindən elektrik tərəziləri də maddi sübut kimi götürülüb”, - məlumatda deyilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin “a” bəndi ilə aparılır. Həmin maddə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması nəzərdə tutur.

mənbə: marneulifm