Samara vilayətində PUA hücumu: "Ozon" anbarında yanğın başladı

Aug 22, 2026 - 12:54
 0  15

Rusiyanın Samara vilayətinə PUA-larla kütləvi hücum nəticəsində sənaye müəssisələrindən biri və "Ozon" logistika kompleksi zərər görüb.

XEBER.GE xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Fedorişev hücum nəticəsində sənaye obyektlərindən birinin zədələndiyini açıqlayıb.

Bundan başqa, Çapayevsk şəhərində yerləşən "Ozon"un logistika anbarına da zərbə endirilib. Şirkətin mətbuat xidmətinin məlumatına görə, PUA hücumu sonrası anbarda yanğın baş verib.

Hadisə zamanı 500-dən çox əməkdaş təxliyə olunub, bir neçə nəfərin xəsarət aldığı bildirilib. Yanğınla əlaqədar anbarın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.

 mənbə: baku.ws