Rustavi–Qardabani yolunda ağır qəza
Qəza Rustavi–Qardabani yolunda baş verib.
XƏBƏR.GE“İnfo Rustavi”nin məlumatına görə, Botaniko kəndi yaxınlığında iki minik avtomobili toqquşub. Toqquşma o qədər güclü olub ki, avtomobillərdən biri zərbənin təsirindən işıqlandırma dirəyinə çırpılıb, digəri isə aşıb.
Qəza nəticəsində 2 nəfər xəsarət alıb və onlar tibbi müəssisəyə aparılıb.
Hadisə yerinə patrul polisi və xilasedici qruplar cəlb olunub.
Hadisə ilə bağlı istintaq başlanıb.