Rustavidə avtomobil oğruları: 3 şəxs həbs edildi

Jun 28, 2026 - 13:43
 0  11
Rustavidə avtomobil oğruları: 3 şəxs həbs edildi

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları tərəfindən oğurluq ittihamı ilə keçmişdə məhkum olunmuş və hal-hazırda şərti cəza altında olan 3 nəfər həbs edilib.

XEBER.GE xeber  verir ki, məlumatı DİN yayıb.

"İstintaq nəticəsində müəyyən edilib ki, ittiham olunanlar müxtəlif vaxtlarda Rustavidə vətəndaşlara məxsus avtomobillərdən müxtəlif növ hissələri və bank kartlarını qanunsuz yolla mənimsəyiblər.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində günahkarların şəxsiyyəti tez bir zamanda müəyyən edilərək Rustavidə ittiham olunan şəxslər kimi həbs edilib, oğurlanmış əşyalar isə maddi sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" – deyə qurumun yaydığı məlumatda qeyd olunur.