“Rustaveli prospektində saxlanılanların sayı arta bilər”

Oct 5, 2025 - 12:30
 0  19
“Rustaveli prospektində saxlanılanların sayı arta bilər”

Gürcüstanın daxili işlər naziri Gela Geladze ehtimal edir ki, 4 oktyabrda Rustaveli prospektində keçirilən aksiyada saxlanılan şəxslərin sayı arta bilər.

Nazirin sözlərinə görə, hazırda əməliyyat-axtarış və istintaq tədbirləri davam edir.

“Qrup halında zorakılığın təşkili faktı ilə bağlı istintaq başlanıb. Hazırda 5 nəfər saxlanılıb. Əməliyyat və istintaq tədbirləri bu dəqiqələrdə də davam edir və bütün şəxslər müəyyən edildikdən sonra onlar müvafiq hüquqi proseslərə cəlb olunacaqlar,” – deyə Gela Geladze bildirib.

Jurnalistlərin “saxlanılanların sayının artmasını gözləmək olarmı?” sualına cavabında nazir əlavə edib: “Əlbəttə ki, bəli.”

mənbə: Intrepress.ge