Rusiyanın Azərbaycanla bağlı planı budur

Rusiya Ermənistanın Gümrü bazasına yeni əlavə qüvvələr göndərir.
Bu barədə Ukrayna kəşfiyyatına istina edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib.
“Bu, Kreml ilə Azərbaycan arasında süni şəkildə yaradılmış yeni gərginliyin göstəricisi ola bilər. Rusiya İrəvanda Paşinyan hökumətini devirmək və özünün təyin etdiyi yeni Ermənistan hökumətini Rusiyanın iştirakı ilə Azərbaycana hücum etməyə məcbur etmək planları qurur”, - Saakaşvili vurğulayıb.
Saakaşvili hesab edir ki, həm Ermənistana, həm də Azərbaycana daha asan çıxış əldə etmək üçün Rusiya Gürcüstanı tam hərbi nəzarətinə almağı planlaşdıra bilər.
“Rusiyanın strateji məqsədləri tam aydındır: Azərbaycan və Ermənistan arasında yaxınlaşmanı dayandırmaq, Türkiyənin bir vaxtlar Rusiyanın nüfuz zonası olan bölgəyə müdaxiləsini əngəlləmək, Suriyadakı məğlubiyyətin qisasını almaq, bu prosesdə Gürcüstanı geri dönülməz şəkildə tabe etmək”, - sabiq prezident qeyd edib.
mənbə: oxu24