Rusiyada 8,7 bal gücündə zəlzələ - Sunami baş verdi, ölənlər var-VİDEO

Jul 30, 2025 - 10:32
Jul 30, 2025 - 11:15
 0  70
Rusiyada 8,7 bal gücündə zəlzələ - Sunami baş verdi, ölənlər var-VİDEO

Rusiyanın Severo-Kurilsk şəhərində (Kamçatka) güclü zəlzələ baş verib.

Xeber.ge xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (RAS) Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin direktoru Danila Çebrov məlumat verib.

"Çox güclü zəlzələ baş verib, onun maqnitudası 8,7 səviyyəsindədir. Bu, iyulun 20-də baş verən hadisədən fərqli olaraq, artıq unikal hadisə kimi təsnif edilə bilər. Qırılma cənub-qərb istiqamətində, təxminən 200 km məsafədə yayılıb. Təkanların müddəti və intensivliyi həm enerji, həm də mənbənin ölçüsü ilə müəyyən edilir", - Çebrov vurğulayıb.

O, həmçinin qeyd edib ki, zəlzələnin mənbəyinin xüsusiyyətlərinə görə zəlzələnin intensivliyi iyulun 20-də baş vermiş təkanların intensivliyini, maqnituda nəzərə alınmaqla gözlənilən dərəcədə keçməyib.

Güclü zəlzələdən sonra bir neçə nəfər tibbi yardıma müraciət edib.

Ölənlər arasında binalardan qaçarkən xəsarət alanlar da var. Bir nəfər pəncərədən atılıb. Yeni hava limanının binasında qadın bədən xəsarətləri alıb.

Hündürlüyü 3-4 metr olan ilk sunami dalğası Severo-Kurilsk sahillərində qeydə alınıb. Bu barədə Saxalin vilayətinin qubernatoru Valeri Limarenko öz "Telegram" kanalında məlumat verib .

"Qəsəbə sakinləri təkrar dalğaların təhlükəsi tamamilə aradan qalxana qədər hündür yerlərdə təhlükəsiz olaraq qalırlar", - deyə o yazıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsi bölgə sakinlərini sahildən uzaq durmağa çağırıb. Bundan başqa, idarədən bildirilib ki, sahil sularında, eləcə də açıq yolda, geniş girişi olan buxtada və ya estakadada dayanan gəmilər 50 metrlik izobatdan kənara çıxaraq okeana çıxmalı və sahil xəttinə perpendikulyar yol saxlamalıdırlar.

Dağıntı və tələfatla bağlı məlumat verilmir.

mənbə: publika.az