Qəzza soyqırımı qurbanlarının sayı 72 min nəfəri keçdi

Feb 24, 2026 - 12:10
 0  9
Qəzza soyqırımı qurbanlarının sayı 72 min nəfəri keçdi

İsrailin 2023-cü il 7 oktyabrdan bəri Qəzza sektorunda Fələstin xalqına qarşı törətdiyi soyqırımı davam edir.

 Xeber.ge xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi dinc əhali arasındakı qurbanların sayı barədə yenilənmiş statistikanı açıqlayıb.

Qeyd edilib ki, İsrailin qətlə yetirdiyi dinc qəzzalıların sayı 72 073 nəfərə, yaralıların sayı isə isə 171 749 nəfərə çatıb.

İsrail ordusunun törətdiyi hərbi cinayətlərinin qurbanlarının böyük əksəriyyətini günahsız fələstinli uşaqar və qadınlar təşkil edir. Hələ də minlərlə Qəzza sakini itkin düşmüş hesab edilir.

mənbə: azshafaqna.com