Qoridə kafedə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb

Jul 31, 2026 - 13:59
 0  3
Qoridə kafedə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb
: :
playing

Hüquq-mühafizə orqanlarının əməkdaşları Qoridə baş verən bıçaqlanma faktı üzrə bir nəfəri saxlayıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bir kişi kafe-barda başlayan münaqişə zəminində iki nəfərə soyuq silahla xəsarət yetirərək hadisə yerindən qaçıb.

XEBER.GE xəbər verir ki,"Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori Rayon İdarəsinin əməkdaşları qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, cari ilin iyulun 30-da təqsirləndirilən şəxs Qoridə yerləşən kafe-barların birində aralarında yaranmış mübahisə zəminində başlayan münaqişə nəticəsində soyuq silahla iki nəfərə xəsarət yetirib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi isti izlərlə təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə aparılır ki, bu da 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur".