Qombori yolunda qəza: "Toyota Prius" sürüşərək aşdı
Qombori–Telavi–Vaziani birləşdirici mərkəzi yolunda yol-nəqliyyat hadisəsi baş verib. Saqareco bələdiyyəsinin Verona kəndi yaxınlığında avtomobil aşıb. Şahidlərin verdiyi məlumata görə, "Toyota Prius" markalı avtomobil, ehtimal ki, sürüşərək yolun hərəkət hissəsindən çıxıb və damı üstə düşüb.
XEBER.GE xeber verir ki, avtomobildə yalnız sürücü olub və o, aşmış maşından çıxmağı bacarıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili tibbi yardım briqadası və xilasetmə xidməti səfərbər olunub.
Yol-nəqliyyat hadisəsinin dəqiq səbəbini istintaq müəyyən edəcək.