Qarelidə azyaşlı həmkəndlisini bıçaqlayaraq öldürdü
Qareli bələdiyyəsinin kəndlərindən birində kişi öldürülüb — polis hadisə ilə bağlı vəfat edən şəxsin həmkəndlisi olan azyaşlını saxlayıb.
Qətlə yetirilən şəxsə soyuq silahla döş qəfəsi nahiyəsindən xəsarətlər yetirilib. Məlum olur ki, qanlı qisas almadan əvvəl həmkəndlilər arasında mübahisə düşüb.
XEBER.GE xeber verir ki, DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Qareli bələdiyyəsinin kəndlərindən birində mübahisə zəminində başlayan münaqişə nəticəsində soyuq silahdan istifadə edərək həmkəndlisinin döş qəfəsi nahiyəsinə xəsarət yetirib və hadisə yerindən qaçıb.
Aldığı xəsarət nəticəsində kişi hadisə yerində vəfat edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi üzrə aparılır ki, bu da 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", — deyə DİN-in bəyanatında bildirilir.