Qardabanidəki qəzada yaralanan gəncin vəziyyəti məlum olub

May 14, 2026 - 19:09
 0  210
Qardabanidəki qəzada yaralanan gəncin vəziyyəti məlum olub

Qardabani bələdiyyəsində baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan 24 yaşlı gəncin vəziyyəti stabilliyini qoruyur, lakin ağır olaraq qalır.

Xeber.ge xeber  verir ki, Rustavi klinikasının həkiminin verdiyi məlumata görə,

xəstəxanaya gətirilən yaralı təcili əməliyyat olunub.

Yaralı klinikaya gətirilərkən ağız və burun nahiyələrindən güclü qanaxması olub.

Kompüter tomoqrafiyası nəticəsində onun qarın boşluğunda qan və hava yığıldığı (hemoperitoneum) müəyyən edilib.

Travmatik zədələr səbəbindən həkimlər gəncin sağ böyrəyini çıxarmaq məcburiyyətində qalıblar.

Əməliyyat zamanı qaraciyərdə aşkar olunan yırtıqlar tikilib. Hazırda gənc üzərində travmatoloji müdaxilələr davam etdirilir.

Xatırladaq ki, Qardabaninin Birlik kəndində baş verən və 7 nəfərin ölümü ilə nəticələnən qəzada sözügedən 24 yaşlı gənc sağ qalan yeganə sərnişindir.