Qardabanidə mübahisə zəminində kişi həmkəndlisini bıçaqladı

Aug 7, 2025 - 13:08
 0  21
Qardabanidə mübahisə zəminində kişi həmkəndlisini bıçaqladı
: :
playing

Kvemo Kartli Polis İdarəsinin əməkdaşları qəsdən adam öldürməyə cəhd faktı üzrə bir nəfəri saxlayıblar.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Polis İdarəsinin əməkdaşları isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, 1981-ci il təvəllüdlü E.G.-ni qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar. Cinayət 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, məişət zəminində yaranmış mübahisə zamanı təqsirləndirilən şəxs kənd sakini – 1994-cü il təvəllüdlü J.İ.-yə soyuq silahla döş qəfəsi nahiyəsindən bir neçə bıçaq xəsarəti yetirib və hadisə yerindən qaçıb. Yaralı şəxs tibb müəssisəsinə yerləşdirilib.

Polis tərəfindən həyata keçirilmiş istintaq tədbirləri nəticəsində E.G. cinayəti törətdikdən dərhal sonra saxlanılıb.

Cinayətin törədilməsində istifadə edilən bıçaq maddi sübut kimi götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır”, – deyə məlumatda qeyd olunur.

Qeyd olunub ki, cinayət 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: interpress