Psixotrop maddələrin qanunsuz daşınmasına görə bir nəfər saxlanılıb

Jul 21, 2025 - 12:54
 0  13
Psixotrop maddələrin qanunsuz daşınmasına görə bir nəfər saxlanılıb
: :
playing

Acarıstan Patrul Polisi Departamentinin və Sərhəd İdarəetmə və Koordinasiya Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü E.P. saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Saxlanılan şəxs psixotrop maddələrin qanunsuz olaraq böyük miqdarda əldə edilməsi, saxlanılması və Gürcüstana qanunsuz yolla gətirilməsində ittiham olunur.

Nazirliyin məlumatına əsasən, E.P. Batumi limanı vasitəsilə Gürcüstana daxil olan gəmilərdən birinin ekipaj üzvü olub. Onun şəxsi əşyalarına və üzərinə baxış zamanı maddi sübut kimi 861 ədəd psixotrop həblə dolu dərman vasitələri aşkarlanaraq götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 261-ci (psixotrop maddələrin qanunsuz əldə olunması və saxlanması) və 263-cü (Gürcüstana qanunsuz gətirilməsi) maddələri ilə aparılır. Qanun pozuntusu sübuta yetirilərsə, E.P.-ni 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

mənbə: interpress