Prokurorluq iki nəfəri qəsdən adam öldürmə maddəsi ilə ittiham edib
Gürcüstan Prokurorluğu, Lilo, Saknaxvi kəndində baş vermiş qəsdən adam öldürmə hadisəsi ilə əlaqədar bir şəxsi, digərini isə cinayət haqqında xəbər verməmək ittihamı ilə təqsirləndirib.
Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
"Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, 31 yanvar tarixində, saat 19:00 radələrində, Tbilisi şəhəri, Saknaxvi kəndinin №2 ünvanı yaxınlığında, tərəflər arasında baş verən mübahisə zamanı, təqsirləndirilən şəxs, adına silah saxlanması və daşınması icazəsi olan odlu silahdan bir neçə dəfə atəş açıb. Zərərçəkən aldığı zədələrdən hadisə yerində həyatını itirib. İkinci təqsirləndirilən şəxs isə, cinayətin baş verdiyi yerdə olub və bunun ciddi cinayət, qəsdən adam öldürmə olduğunu bilsə də, hadisə haqqında hüquq-mühafizə orqanlarına məlumat verməyib.
Hüquq-mühafizə orqanları 1 fevralda təqsirləndirilənləri saxlayıb. Birinci şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb, bu da 10 ilə 15 il arasında azadlıqdan məhrum etməni nəzərdə tutur. İkinci təqsirləndirilənə isə, Cinayət Məcəlləsinin 376-cı maddəsinin ikinci bəndi (cinayət haqqında xəbər verməmək) ilə ittiham irəli sürülüb və bu da 3 ilə 7 il arasında azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Prokurorluq, təqsirləndirilənlərə qarşı həbs qətimkan tədbirinin tətbiq edilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Daxili İşlər Nazirliyində cinayət işi üzrə araşdırmalar davam edir, digər şəxslərin müəyyən edilməsi və saxlanılması məqsədilə", - deyə məlumatda bildirilir.
mənbə: Interpress