Onunla görüşməyə heç həvəsim də yoxdur

Dec 25, 2025 - 22:44
 0  13
Onunla görüşməyə heç həvəsim də yoxdur

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi bütün ittifaqın yox, dar çərçivənin maraqlarından çıxış edir.

Bu barədə jurnalistlərə Gürcüstan xarici işlər naziri Maka Boçorişvili bildirib.

Gürcüstan rəsmilərinin AB liderləri ilə təmasları barədə suala cavab olaraq Boçorişvili qeyd edib ki, Tiflis təmsilçilərinin Avropa dövlətlərinin nümayəndələri görüş və əlaqələri davam edir:

“Baxıb görə bilərsiniz. Təkcə mənim fəaliyyətimə nəzər salsanız, dediklərinizin doğru olmadığını anlayacaqsınız. İndi istəyə gəlincə, ola bilsin, daha çox istək olsun. Hazırda Kaya Kallasla görüşməmişəm və düzü desəm, onunla görüşmək üçün böyük həvəsim də yoxdur. Qərarları necə qəbul etdiyi və ümumiyyətlə qəbul edib-etmədiyi ayrı məsələdir, eləcə də qəbul etdiyi qərarların kimə xidmət etməsi. Bunu elə AB-yə üzv ölkələrdən soruşa bilərsiniz ki, Kaya Kallasın fəaliyyəti və qərarlarından nə dərəcədə razıdırlar. Bu, AB bürokratiyasında müşahidə etdiyimiz təəssüf doğuran reallıqdır. AB-nin qərarlarını 27 üzv ölkə qəbul edir. Qaydaya görə, Kaya Kallas da 27 üzv ölkənin qəbul etdiyi qərarların icraçısıdır, buna görə də onun addımları 27 üzv ölkənin maraqlarından irəli gəlməlidir, çox vaxt ifadə etdiyi məhdud çərçivənin maraqlarından yox”.

mənbə: axar