Müsəlmanlar – dünyanın ən sürətlə artan əhalisi

Dünyada müsəlman əhalinin sayı 2010-cu ildən 2020-ci ilədək olan dövr ərzində 347 milyon nəfər artıb ki, bu da İslam dinini ardıcıllarını dünyanın ən sürətlə artan dini qrupu edir.
Xeber.ge xəbər verir ki,
2 700 mənbənin təhlillərinin əsasında hazırlanmış məruzədə 10-illik dövr ərzində dünya əhalisinin dini seçimləri nəzərdən keçirilir. Həmin mənbələrə əhali siyahıyaalmaları, rəsmi qeydlər və sosial sorğular da daxildir.
Araşdırmaya əsasən, müsəlman əhalinin artımı əsasən təbii artımla izah edilir – müsəlman cəmiyyətlərindəki yüksək doğum səviyyəsi ilə. Xristian əhalinin bu dövr ərzindəki artımı isə 122 milyon nəfər təşkil edib, lakin xristianların dünya miqyasındakı payı azalıb.
Əgər 2010-cu ildə müsəlmanlar dünya əhalisinin 23,9%-ni təşkil edirdilərsə, 2029-ci ildə bu göstərici 25,6 faizə çatıb. Xristianların göstəricisi isə bu müddət ərzində 30,6%-dən 28,8%-ə düşüb. Xristianlarının sayının azalması ilk növbətə Avropada və Şimali Amerikada müşahidə edilməkdədir ki, bu da qeyri-dindar əhalinin artımı və insanların xristianlıq dinindən üz döndərməsi ilə bağlıdır.
Müsəlman əhalisi əsasən Asiya-Sakit okean regionunda, Yaxın Şərqdə və Şimali Afrikada yaşayır.
Ən yüksək müsəlman əhalisi artımı Şimali Amerikada qeydə alınıb – 52,3%. Saharadan cənubdakı Afrika ölkələrində müsəlmanların sayı 33,8%, Yaxın Şərqdə və Şimali Afrikada isə 23,9% artıb.
Eyni zamanda, xristian əhalisinin Şimali Amerikada 10,8%, Avropada 8,8% azalıb, Afrika Saharadan cənubdakı Afrika ölkələrində isə 31,2% artıb.
Özünü heç bir dinə aid etməyənlər isə 24,2%-dir.
Bundan başqa, dünyadakı buddistlərin sayı 19 milyon azalıb. Yəhudilərin sayı isə 10 il ərzində 6% artaraq 15 milyon nəfərə çatıb.
Xatırladaq ki, adıçəkilən mərkəzin hələ 2017-ci ildəki hesabatında vurğulanırdı ki, İslam dini dünyanın ən sürətlə artan dinidir və 2075-ci il üçün o, dünyanın ən çox ardıcılı olan dini ola bilər.
mənbə: azshafaqna.com