Milad gecəsi lotereyadan 1,8 MİLYARD DOLLAR UDDU

Dec 25, 2025 - 22:52
 0  14
Milad gecəsi lotereyadan 1,8 MİLYARD DOLLAR UDDU

ABŞ-da bir kişi lotereyadan 1,8 milyard dollar qazanıb.

Xeber.ge xeber  verir ki, bu barədə ABC News məlumat yayıb.

Qalib Arkanzas ştatından olan oyunçudur. Həmin ştatda satılmış bileti tirajın bütün altı nömrəsi ilə uyğun gəlib. Kişi 834,9 milyon dollar məbləğində birdəfəlik ödənişlə və ya təxminən 30 il ərzində illik ödənişlər şəklində verilən tam cekpot məbləği arasında seçim edə bilər. Hər iki variantda vergilərin tutulması nəzərdə tutulur.

KİV-in yazdığına görə, bu cekpot cari ildə "Powerball" tarixində 1 milyard dollardan artıq olan ikinci uduşdur və ardıcıl 46 tirajda qalib müəyyən edilmədikdən sonra formalaşıb.

Devidson Kollecinin riyaziyyat və informatika professoru Tim Şartye "Powerball" cekpotunu udma ehtimalının nə qədər az olduğunu xatırladıb. O, əsas mükafatı qazanmaq cəhdini doqquz illik zaman kəsiyindən konkret bir saniyəni dəqiqliklə təxmin etməklə müqayisə edib. Onun sözlərinə görə, çoxlu bilet almaq şansları cüzi şəkildə artırır.

“Əgər 100 bilet alsanız, ehtimal həqiqətən 100 dəfə artır, amma bu yenə də doqquz il ərzində bir saniyəni tapmağa cəhd etmək kimidir”, – deyə professor izah edib.

mənbə: publika.az