Aİ-nin beynəlxalq hüququ pozması bumeranq effekti verib

Dec 25, 2025 - 22:55
 0  5
Aİ-nin beynəlxalq hüququ pozması bumeranq effekti verib

"Belə bir deyim var: nə əkərsən, onu da biçərsən. Avropa İttifaqının beynəlxalq hüquq standartlarını pozması ona bumeranq effekti verib".

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin keçmiş avrokomissar və Aİ-nin bir neçə rəsmi şəxsinə qarşı tətbiq etdiyi viza məhdudiyyətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Aİ-nin düzgün olmayan təcrübəsi indi onun özünə qarşı çevrilib.

"Avropa İttifaqı nümayəndələrinin bu məsələ ilə bağlı qəzəbli bəyanatlarını eşitmək bizim üçün çox maraqlıdır", - Kobaxidze əlavə edib.

mənbə: apa