Marneulidə külli miqdarda marixuana və qanunsuz silah aşkarlandı

Dec 28, 2025 - 12:33
 0  34
Marneulidə külli miqdarda marixuana və qanunsuz silah aşkarlandı

 Marneulidə narkotik cinayəti və qanunsuz odlu silah saxlama ittihamı ilə 2 nəfər saxlanılıb: 1968-ci il təvəllüdlü, əvvəllər bir neçə dəfə məhkum olunmuş C.K. və 1977-ci il təvəllüdlü R.X.

Xeber.ge xeber  verir ki," hüquq-mühafizə orqanlarının əməkdaşları Marneuli bələdiyyəsində təqsirləndirilən şəxslərin yaşayış evlərinə və köməkçi tikililərinə baxış keçirərkən 2,5 kq-a yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edərək götürüblər. İstintaq tədbirləri nəticəsində C.K.-nın yaşayış evindən həmçinin qeydiyyata alınmamış ov tüfəngi və odlu tapança götürülüb", — deyə Daxili İşlər Nazirliyinin (DİN) bəyanatında bildirilir.

DİN-in məlumatına görə, istintaq Cinayət Məcəlləsinin 236-cı və 260-cı maddələrinin 1-ci və 3-cü hissəsinin "a" bəndi ilə aparılır. Bu maddələr 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.