Marneulidə insidentlə bağlı DİN açıqlama verib

Sep 20, 2025 - 11:04
 0  98
Marneulidə insidentlə bağlı DİN açıqlama verib

Marneulidə bələdiyyə sədrinin müavininin oğlunun 17 yaşlı yeniyetməni döyməsi ilə bağlı fakta Daxili İşlər Nazirliyi münasibət bildirib.

Hadisə ilə bağlı istintaq başlanılıb.

Bildirilib ki, araşdırmalar Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi üzrə aparılır.

Qeyd edək ki, insident Marneulidə yerləşən şirniyyat evində baş verib. İddialara görə, bələdiyyə sədrinin müavininin oğlu yeniyetmənin Azərbaycan dilində danışmasına sərt reaksiya göstərib, onu döyərək “tatarca danışmağı dayandırın” ifadəsini işlədib. Hadisə ictimaiyyətdə ciddi narazılıqla qarşılanıb.

mənbə: Intrepress.ge