Marneulidə azyaşlı bıçaqlandı - Bir nəfər saxlanılıb

Marneulidə azyaşlı uşağın bıçaqlanması hadisəsi baş verib.
Yeniyetmə 50-dən çox bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə 10 iyul tarixlərində baş verib, lakin xəsarət alan azyaşlı 11 iyulda tapılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə – qəsdən adam öldürməyə cəhd ittihamı ilə istintaq başlanıb.
Nazirliyin məlumatına əsasən, polis hadisə ilə bağlı bir nəfəri artıq saxlayıb.
mənbə: interpress