Marneuli-Sadaxlı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib

Aug 5, 2025 - 13:51
 0  109
Marneuli-Sadaxlı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib
: :
playing

Bu gün, 5 avqust tarixində Marneuli-Sadaxlı avtomagistralının Aşağı Saral kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sürücünün idarəetməni itirməsi nəticəsində “Opel Zafira” markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı əkin sahəsinə aşıb.

Hadisə nəticəsində xəsarət alan sərnişinlər təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Əraziyə patrul polisi cəlb olunub. Ərazi sarı lentlə mühasirəyə alınıb. Faktla bağlı araşdırma aparılır.

mənbə: marneulifm