İsrailin Qəzzada etdikləri qəbuledilməzdir

Jul 14, 2025 - 11:15
 0  6
İsrailin Qəzzada etdikləri qəbuledilməzdir

Almaniya kansleri Fridrix Merz Qəzza zolağında mövcud vəziyyəti qəbuledilməz adlandırıb və bir neçə həftədir ki, İsrailin anklavdakı hərəkətlərindən narazı olduğunu bildirib.

Xeber.ge xəbər verir ki, bu bardə Merz ARD telekanalına müsahibəsində bildirib.

"İsrail hökumətinin uzun həftələrdir Qəzza zolağında etdiklərini bəyənmirəm", - deyə Merz qeyd edib.

Kansler bir neçə dəfə İsrail Baş naziri Benyamin Netanyahu ilə mövcud vəziyyəti müzakirə etdiyini söyləyib:

“Ümid edirəm ki, biz avropalılar amerikalılarla birlikdə son nəticədə iki dövlətli həllə gətirib çıxaracaq yolu tapa biləcəyik”.

mənbə: axar.az