Qəzza qətliamı: Dinc qurbanların sayı 58 mini keçdi

Jul 14, 2025 - 10:51
 0  5
Qəzza qətliamı: Dinc qurbanların sayı 58 mini keçdi

İsrailin Fələstin xalqına qarşı törətdiyi amansız qətliam və soyqırımı qurbanlarının sayı durmadan artır.

Xeber.ge xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi məsələ ilə bağlı yenilənmiş statistikanı dərc edib.

Belə ki, İsrail ordusu son sutka ərzində daha 139 günahsız fələstinlini qətlə yetirib, 425 nəfəri isə yaralayb.

Beləliklə də, 2023-cü il 7 oktyabrdan bəri İsrail hərbçiləri tərəfindən qətlə yetirilən dinc Qəzza sakinlərinin sayı 58 026 nəfərə, xəsarət alanların sayı isə 138 520 nəfərə çatıb.

Həmçinin minlərlə Qəzza sakini isə itkin düşmüş hesab edilir.

Qeyd edək ki, İsrailin qətlə yetirdiyi sıravi fələstinlilərin böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.

HƏMÇİNİN OXU: İsrail fələstinli uşaqların qətliamını artırıb – DƏHŞƏTLİ STATİSTİKA

Həmçinin İsrailin tətbiq etdiyi hərtərəfli mühasirə – havadan, sudan və qurudan blokada nəticəsində bölgədə humanitar fəlakət yaşanmaqdadır, insanlar ərzaq, su, yanacaq və dərman kimi həyati əhəmiyyətli resursların çatışmazlığını yaşayırlar, çox sayda dinc sakin, xüsusilə də uşaqlar aclıqdan dünyalarını dəyişirlər.

Ekspertlər hesab edirlər ki, soyqırımı nəticəsində həyatını itirən qəzzalıların sayı qat-qat çoxdur, çünki Qəzzanın Səhiyyə Nazirliyi yalnız aşkar edərək dəfn edə bildiyi cəsədlərin sayını hesablaya bilir.

Bundan başqa, İsrail zindanlarında isə 10,4 mindən çox fələstinli saxlanılır ki, onların da arasında yüzlərlə uşaq və qadın var.

mənbə: azshafaqna.com